“Real” Ardaya görə həkimi işdən qovdu
13.11.2023 , 15:02
“Real” baş həkimi Niko Mihiçi işdən çıxarıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, Arda Gülerin Madrid təmsilçisində ilk zədəsi zamanı gənc oyunçunun əməliyyat olunub-olunmayacağı ilə bağlı Mihiçlə doktor Leyes arasında fikir ayrılığı yaranıb.
Mihiç Türkiyə millisinin üzvünün əməliyyat olunmamasının tərəfdarı olub.
Bundan əlavə, bir çox futbolçuların da zədələrinin gec sağalması, həkimin işdən çıxarılmasına səbəb olub.