Madridin “Real” klubu 2016-cı ildə müqaviləsi bitəcək baş məşqçi Karlo Ançelottinin gedişindən sonra boşalacaq posta namizədini indidən müəyyənləşdirmək istəyir.
Korner.az-ın “As” nəşrinə istinadən məlumatına görə, “Kral klubu”nun əsas namizədi “Portu”nu çalışdıran Hulen Lopetegidir.
Nəşr iddia edir ki, Lopetegi “Portu”nun “Bavariya”nı ÇL-in 1/4 final mərhələsi çərçivəsində 3:1 hesabı ilə məğlub etməsindən sonra madridlilərin diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, bu çalışdırıcı İspaniyanın həm gənclərdən, həm də yeniyetmələrdən ibarət milli komandaları ilə Avropa çempionu titulunu qazanıb, bir müddət “Real”ın əvəzedici komandasının baş məşqçisi olub.
