“Real” Ançelottini göndərdi – Rəsmi
23.05.2025 , 13:28

“Real” baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Ançelottinin Madrid klubu ilə sözləşməsinin müddəti 2026-cı ilin iyununa qədər idi.
