Çempionlar Liqasının yarımfinalında Dortmund “Borussiya”sına iki oyunun nəticəsində məğlub olan Madridin “Real” klubu yayda 6 futbolçu ilə yollarını ayıracaq.
Korner.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, “kral” klubu qapıçı Antonio Adan, müdafiəçilər Fabio Koentrao və Pepe, yarımmüdafiəçilər Anxel Di Mariya və Kaka, hücumçu Qonsalo İquay ilə yollarını ayıracaq. gənc qapıçıya 2, Koentraoya 18, Pepeyə 20, Di Mariyaya 25, Kakaya 10, İquayna 30 milyon avro qiymət qoyulub.
