Madrid “Real”ının 3 əsas futbolçusu son məşqdə iştirak etməyib.
Korner.az-ın məlumatına görə, müdafiəçilər Pepe və Koentrao ilə yanaşı yarımmüdafiəçi Sami Xedira da madridlilərə kömək edə bilməyəcək. Hər üç futbolçu 6-cı tur çərçivəsində keçiriləcək “Vilyareal” qarşılaşmasında forma geyməyəcək.
Qeyd edək ki, oyun sentyabrın 27-sə keçiriləcək.
