“Real” 22 yaşlı futbolçuya görə 40 milyon ödədi
06.07.2018 , 09:47

Madrid “Real”ı müdafiə xəttini gücləndirib.
Madrid klubu “Real Sosyedad”dan 22 yaşlı müdafiəçi Alvaro Odriosolanı 40 milyon avroya transfer edib. İspaniya millisinin üzvü ilə 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alvaro Odriosola “Real Sosyedad”ın yetirməsidir.
