“Real” 17 yaşlı futbolçu aldı
11.01.2019 , 12:00

“Real” növbəti transferini reallaşdırıb.
“Kral klubu” “Malaqa”nın müdafiəçisi Xose “Çeçu” Martinesi rənglərinə bağlayıb. 17 yaşlı futbolçunun müqavilə şərtləri barədə məlumat verilməyib.
Qeyd edək ki, “Çeçu” İspaniyanın U-17 millisinin üzvüdür. Futbolçu “Real”ın B komandasında çıxış edəcək.
