“Real” bu qış üçün transferlərə yüksək məbləğdə büdcə ayırıb.
Korner.az-ın məlumatına görə, FİFA-nın transfer qadağasına əsasən, qarşıdakı iki mövsüm futbolçu ala bilməyəcək Madrid klubu bu qış heyətinə yeni oyunçular cəlb etməyi planlaşdırır. Bu pəncərənin bitiminə isə 14 gün qalır.
Bunun üçün “Real”ın 330 milyon avro büdcə ayırdığı bildirilib.
İspaniya klubunun transfer siyahısında Harri Keyn (“Tottenhem”), Eden Hazard (“Çelsi”), Con Stounz (“Everton”), David de Xeanın (“Mançester Yunayted”) olduğu iddia edilir.
