PSJ bu yay “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun transferini reallaşdırmağa çalışsa da, istəyinə nail ola bilməyib.
Korner.az-ın məlumatına görə, bu xəbəri AS dərgisinin yazıb.
Madrid klubu parislilərin 120 milyon avroluq təklifini rədd edib.
UEFA-nın maliyyə “fair-play” qaydalarına əməl etmədiyi üçün PSJ-yə qoyduğu transfer qadağasını aradan qaldırandan sonra “Qatar Investment Authority” sözügedən transferə lazımı pulu ayırmağa hazır idi.
