“Real”ın yeni mövsümdə oyunçuların çıxış edəcəkləri nömrələr bəlli olub.
Korner.az-ın məlumatına görə, yeni transferlər İsko 23, İllaramendi isə 24 nömrəli formanı seçib.
Gənc komandadan əsas heyətə keçən futbolçulardan Karvahal 15, Jese 20, Alvaro Morata isə 21 nörmrə altaıda çıxış edəcək.
11 nömrəli formanın heç bir futbolçuya verilməməsi ispan mətbuatının diqqətini cəlb edib. Belə ki, “As” qəzetinin verdiyi məlumata görə, “Kral” klubu 11 nömrəli formanı yeni transfer ediləcək uesli futbolçu Qaret Beyl üçün ayırıb.
