“Real” əsas oyunçularını itirdi
12.02.2026 , 18:30
“Real” əsas oyunçuları olmadan məşqlərə çıxıb.
Korner.az xəbər verir ki, müdafiəçi Raul Asensio qrip səbəbindən hazırlıq prosesinə qoşulmayıb, Kilian Mbappe isə ikinci gündür fərdi məşqlərlə məşğuldur.
Fransız ulduzun növbəti La Liqa oyununda iştirak etməməsi ehtimalı yüksəkdir.
Hazırda La Liqada ikinci yerdə qərarlaşan “Real” lider “Barselona”dan yalnız bir xal geri qalır. Madrid klubu fevralın 14-də “Real Sosyedad”ı qəbul edəcək.