Ölkə futbolu

“Razı qalmadığım nüanslar oldu” – millimizin baş məşqçisi

25.07.2018 , 12:17

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. MOİK-lə qarşılaşan U-19  2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Emil Qasımov və Elcan Hafizli vurub.

Oyundan sonra U-19-un baş məşqçisi Vüqar Məmməd fikirlərini bildirib: “Təcrübəli futbolçulardan qurulmuş komandaya qarşı oynadıq. Qarşılaşmada sürət yüksək idi. Futbolçuların hamısı meydana çıxmaq şansı qazandı. Bizim üçün çox ağır oyun olsa da, qələbə qazandıq. Komandamı bu münasibətlə təbrik edirəm. Futbolçular meydanda çox çalışdılar. Ancaq razı qalmadığım nüanslar da oldu. Hər oyunda futbolçuların qarşısında müdafiədə diqqətli oynayaraq, hücumda daha dəqiq olmaları tələbini qoyuruq. Nöqsanlar üzərində səylə çalışaraq, oyundan-oyuna səhvləri minimuma endirməliyik”.

Son yazılar

Yuxarı