Rayan rəsmən “Roma”da!
18.07.2024 , 10:34

“Roma” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Metyu Rayanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstraliyalı qolkiperlə 1+2 illik müqavilə imzalanıb. 32 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib.
