Rayan Kent 4 illik müqavilə bağlaya bilər
04.05.2023 , 16:59
![](https://korner.az/wp-content/uploads/2023/05/21819ADC-98C4-4C8C-8F8F-DBD4A20D1A7C.jpeg)
“Reyncers”də çıxış edən Rayan Kent Türkiyə klubuna keçə bilər.
Korner.az xəbər verir ki, onunla “Fənərbağça” yaxından maraqlanır.
İngiltərə mətbuatında dərc olunan xəbərə görə, Xorxe Jesus onu komandasında görməkdə istəklidir.
Futbolçu üçün 4 illik müqavilə təklif olunduğu bildirilir.
Digər iddiaya görə isə “Fənərbağça” ilə yanaşı, futbolçu ilə İngiltərənin “Bernli” klubu da maraqlanır. Premyer Liqa təmsilçisinin ona daha yüksək maaş təklif etdiyi bildirilir.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)