Rayan Giqqz: “Beyl Azərbaycanın qapısına qələbə qolumuzu vurmuşdu”
10.10.2019 , 18:25

Azərbaycan millisinin AVO-2020-nin seçmə mərhələsindəki rəqibi Uelsin baş məşqçisi Rayan Giqqz komandasının son vəziyyəti haqqında danışıb.
Korner.az xəbər verir ki, 48 yaşlı uesli mütəxəssis yığmanın hücumçusu Qaret Beyl barədə də fikirlərini bildirəkrən onun Azərbaycan millisinə qol vuraraq 3 xal qazandırmasını xatırladıb:
“Beyl bütün futbolçular kimi daha çox oynamaq istəyir. O, ötən ay keçirilən seçmə oyununda Azərbaycanın qapısına qələbə qolumuzu vurmuşdu. Beyl millisində əvəzolunmaz mövqeyə malik ən yaxşı futbolçumuzdur. Son vaxtlar millinin kapitanına çevrilib. Bizim üçün böyük futbolçu olması açıq-aydın görünür”.
