“Nyu-York Kosmos”un futbolçusu Raul Qonzales sabiq komandası “Real” (Madrid) haqda danışıb.
Korner.az-ın məlumatına görə, ispaniyalı futbolçu gələcəkdə yenidən “Real”a qayıda biləcəyini bildirib:
“Real” mənim doğma evimdir. Madrid klubunda 20 ilimi keçirdim. Gələcəkdə yenidən bu komandaya qayıda bilərəm. Hələ ki, “Nyu-York Kosmos”un oyunçusuyam. Təcrübəmlə komandama kömək etmək istəyirəm”.
