“Real”ın canlı əfsanəsi Raul Qonzales Madrid klubuna qayıda bilər.
Korner.az-ın məlumatına görə, onun bu ilin iyununda klubun prezidenti Florentino Peresin köməkçisi olacağı gözlənilir.Raul hal-hazırda ABŞ-da İspaniya Peşəkar Futbol Liqasının səfidir.
Qeyd edək ki, Raul 1994-2010-cu illərdə “Real”da çıxış edib.
