Madrid “Real”ının sabiq kapitanı Raul Qonzales karyerasını hələ də bitirmək fikrində deyil.
Korner.az-ın məlumatına görə, 37 yaşlı hücumçu futbol həyatını davam etdirmək üçün ABŞ-a yollanıb. O, “Nyu-York Kosmos” ilə mümkün müqavilə detallarını müzakirə edib və hətta sözügedən klubun oyununa da gedib. Danışıqların rəsmi nəticələrinin yaxın günlərdə elan olunacağı gözlənilir.
Qeyd edək ki, Raul karyerasının böyük hissəsini “Real”da keçirib. O, 3 Çempionlar Liqası daxil olmaqla ümumilikdə 16 kubok qazanıb.
