“Kukesi”nin baş məşqçisi Mladen Milinkoviç açıqlama verib. Mütəxəssis milli komandamızın hücumçusu Rauf Əliyevin komandadan ayrılması haqda danışıb.
Milinkoviç bildirib ki, Əliyev gözləntiləri verməyib: “Əliyev “Kukesi”yə fərq yaratmaq üçün gəlmişdi. Amma gözləntiləri vermədi. Ona karyerasında uğurlar arzulayıram. Rauf yaxşı futbolçu olsa da, Albaniya çempionatı səviyyəsində oyunçu deyil. Onun yoxluğunu bizə problem olmayacaq”.
Qeyd edək ki, Rauf Əliyev hazırda azad agent statusu daşıyır.
