Azərbaycan milli komandasının və “İnter” klubunun üzvü Rauf Əliyev əməliyyat olunub.
Korner.az-ın affa.az-a istinadən məlumatına görə, zədəsinin müalicəsi üçün Almaniyaya göndərilən hücumçu Plattlinq şəhərində cərrahiyə əməliyyatı olunub və əməliyyat uğurla nəticələnib.
Qeyd edək ki, əməliyyatın maddi tərəfini AFFA öz üzərinə götürüb.