Məlum olduğu kimi, mayın 1-də keçirilən “İnter”-“Sumqayıt” matçında “bankirlər”in hücumçusu Rauf Əliyev ciddi zədə almışdı.
Korner.az-ın məlumatına görə, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilmişdir.
Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılmışdır və müalicəsini ambulator şəraitdə davam etdirəcək.
