“İnter”in hücumçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna keçidi rəsmiləşib.
“Kukesi” Raufu ictimaiyyətə təqdim edib. Sözügedən komanda Raufla yanaşı yarımmüdafiəçi Ardit Pepoşinin rənglərinə bağlayıb.
Qeyd edək ki, “İnter” rəhbərliyi Raufun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu və bu transferin mümkün olmadığını bildirirdi.
