Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Xəzər rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının nümayəndələri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Mərdəkan qəsəbəsindəki 221 saylı uşaq bağçasında olublar. Korner.az-ın məlumatına görə, AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bayram münasibətilə uşaqlara təbriklərini çatdırıb, onlara xoşbəxtlik və firavan gələcək arzulayıb.
Qonaqlar uşaq bağçasında tərbiyə alan uşaqların ifasında müxtəlif rəqslərə baxıblar. Tədbirin sonunda uşaqlara AFFA-nın hədiyyələri təqdim olunub.