Futbol üzrə Albaniya Super Liqasına start verilib.
Milli komandamızın oyunçusu Rauf Əliyevin şərəfini qoruduğu “Kukesi” açılış matçında doğma meydanda “Kamza” ilə qarşılaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Rauf ikinci hissədə meydana çıxıb. Oyundakı yeganə qolun yaradıcısı da məhz millimizin hücumçusu olub.
