Albaniya çepionatında II tura yekun vurulub. Milli komandamızın hücumçusu Rauf Əliyevin çıxış etdiyi “Kukesi” klubu da növbəti matçını keçirib.
Sözügedən komanda səfərdə “Partizani” ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Rauf bu oyuna start heyətində başlayıb.
İki oyundan sonra aktivində 4 xal olan “Kukesi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
