"Lüksemburqla oyundan sonra komandamızda ruh düşkünlüyü yoxdur. Ona görə də əlimizdən gələni edib böyük komandalarla görüşdə xal almağa çalışacağıq".
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın hücumçusu Rauf Əluyev deyib.
Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə qarşılaşacaq yığmamızın üzvü qonaqların millimizə yuxarıdan aşağı baxmasına isə belə münasibət bildirib: “Eybi yox, qoy bizi saymasınlar”.
Daha sonra Əliyev Ronaldo və Naninin yoxluğuna belə münasibət bildirib:
"Portuqaliya millisi Ronaldo və Nanidən ibarət deyil. Bu futbolçuların millimizə qarşı oynamaması bizi arxayınlaşdırmamalıdır”.
