Albaniya çempionatında 12-ci turun oyunları keçirilib.
Millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi” səfərdə “Laçi” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Əliyev start heyətdə meydana çıxıb. O, 73-cü dəqiqədə əvəzlənib.
“Kukesi” hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
