"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun Korner.az saytına müsahibəsi.
– "Fənərbağça" ilə oyunda meydana çıxmadın. Səbəb nə idi?
Mən "Fənər"lə oyunda oynamalı idim. Ancaq isinmə hərəkətləri edərkən ayaq əzələmdə ağrıların olduğunu hiss etdim. Buna görə risk etmədim.
– İndi vəziyyətin necədi?
Şükür ki, yaxşıdı. "Makkabi" ilə oyunda komandama kömək edə biləcəm.
– "Makkabi" ilə oyun öncəsi bu cür yorğun matça çıxmaq komandaya nə qazandırdı, nə verdi?
Bunu baş məşqçi istəyib. Yəqin ki, o, bizdən daha yaxşı bilir.
– Hayfadan 2 cavabsız qolla məğlub döndünüz. Əlverişli nəticə qazana bilməməyinizə səbəb nə idi?
"Makkabi" gülcü rəqibdi. Biz ora uduzmağa getməmişdik. Ən azı, qol vurmaq idi məqsədimiz. Bir neçə qol imkanımız oldu. Lakin onlardan yararlana bilmədik. Əgər həmin eprizodlardan biri qol olsaydı, bu gün şanslarımız daha çox olardı. Ancaq cavab oyununda başqa cür oynayacağıq. Yaxşı oyun göstərib, qələbə qazanmaq üçün meydana çıxacağıq.
– Artıq iyulun 25-də cavab oyununa çıxacaqsız. Azarkeşlər nə gözləsin "Xəzər Lənkəran"dan?
Azarkeşlərimizə deyirəm ki, biz inanırıq mərhələ adlayacağımıza. Əgər ilk hissədə bir qol vursaq, mərhələni keçmək olar. Bizi sonadək dəstəkləsinlər, biz də öz qələbəmizlə onları sevindirək.
– Sən "Simurq"da çıxış edərkən "Xəzər Lənkəran" keçən il İsrailin digər klubu "Makkabi" (Tel-Əviz) klubuna 1:3 hesabı ilə məğlub olmuşdu. O zaman "ağ-yaşıllar" iki cavabsız qol vursaydılar, mərhələ adlayacaqdılar. İndiki halda isə siz iki qol vursaz, oyun əlavə vaxta da gedə bilər. Ötən il bundan da asan bir vəzifənin öhdəsindən gələ bilməyən klub, bu səddi necə aşacaq?
Oyun zamanı hər şey bilinir. Əgər istədiyimiz qolları tez vursaq, elə bu rəqibi də keçərik. Oyundan oyuna fərq var. Qoldu da, bir də gördün, alındı. Bu "Makkabi" keçiləsi rəqibdi. Bizdən heç də güclü komanda deyil.
Səxavət QURBANOV
