"Qələbə qazana bilərdik. Lakin bu şansı öz əlimizdən qaçırtdıq. Amma bu da pis nəticə deyil. Əsas məsələ Bakıdan xalsız dönmürük".
Bu sözləri Korner.az-a açıqlamasında "Simurq"un kapitanı Rasim Ramaldanov AZAL-la oyundan sonra deyib.
Premyer liqanın 19-cu turu çərçivəsində AZAL-la 1:1-lik heç-heçə edən Zaqatala təmsilçisinin müdafiəçisi qırmızı aldığı epizodla bağlı isə bunları dedi:
"Qırmızı vərəqə aldığım epizodda hakim düzgün qərar qəbul etdi. Burda 100 % qırmızı vərəqə var idi".