"Rəqib bizi əks hücumlarda cəzalandırmaq istəyirdi. Biz komanda olaraq yaxşı mübarizə apardıq. Ancaq qələbə qazanmaq şanslarımız da az deyildi".
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Rasim Ramaldanov deyib.
"Simurq"un müdafiəçisi Lüksemburq heç-heçəsini dəyərləndirərkən, daha sonra bunları deyib:
"Bir epizodda hakim penaltimizi vermədi. Bizə qarşı haqsızlıq etdi. Fikirimcə səfərdə qazandığımı bir xal da pis nəticə sayılmamalıdı".
