“Rapid” – “Neftçi”: hakim təyinatları
02.08.2022 , 16:40

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə cavab oyununun hakimləri bəlli olub.
Korner.az xəbər verir ki, avqustun 11-də keçirləcək qarşılaşma norveçli ədalət təmsilçilərinə həvalə edilib. Matçın baş hakimi Rohit Saggi olacaq. Ona yan xətlərdə Geir İsaksen və Morten Yensen kömək edəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.
“Veststadion”da keçiriləcək “Rapid” “Neftçi” oyunu saat 22:30-da start götürəcək. Komandalar arasında ilk görüş avqustun 4-ü “Bakcell Arena”da olacaq. Matç saat 21:00-da başlayacaq.
