Ranyeri yenidən Premyer Liqada
14.11.2018 , 16:55

İngiltərənin “Fulhem” klubu baş məşqçisi Slavişa Yokanoviçlə yollarını ayırıb
Buna səbəb komandanın uğursuz çıxışları olub. 50 yaşlı çalışdırıcının yerinə bu vəzifəyə Klaudio Ranyeri gətirilib. Müqavilənin müddətdi haqda məlumat verilməyib.
Qeyd edək ki, “Yuventus”, “İnter”, “Çelsi” və “Atletiko” kimi klublarda çalışan 67 yaşlı mütəxəsis son olaraq Fransanın “Nants” klubunda işləyib. O, 2015-2016 mövsümündə “Lester”i Premyer Liqanın qalibi edib.
