“Lester”in baş məşqçisi Klaudio Ranyeri İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, o bu rekordu “Lester”in çempionluğu ilə əldə edib.
Belə ki, Premyer Liqanın əsas titulu üçün italyan mütəxəssisə cəmi 294 gün lazım olub. Bundan əvvəlki rekord isə “Çelsi”nin keçmiş çalışdırıcısı Joze Mourinyoya məxsusdu. O 2004/05 mövsümündə 332 günə komandasını çempion etmişdi
