Ranyeri klubdan ayrılır
10.05.2019 , 13:11

“Roma” klubunun baş məşqçisi Kladio Ranyeri mövsümün sonunda klubdan ayrılacaq.
İtaliyalı çalışdırıcı bu haqda özü məlumat verib. 2019-cu ilin mart ayından “canavarlar”ı çalışdıran 67 yaşlı mütəxssis getmək haqqında qərar qəbul edib.
Qeyd edək ki, Kladio Ranyerinin son iş yeri İngiltərənin “Fulxem” klubu olub.
