Ranyeri istefaya göndərilir
22.02.2019 , 15:50

“Fulhem”də baş məşqçi dəyişikliyi ola bilər.
İngilis klubu Klaudio Ranyeri ilə əməkdaşlığa son qoymaq istəyir. İddiaya görə, komandanın uğursuz çıxışı rəhbərliyin narazılığına səbəb olub və hazırda italiyalı mütəxəssisin qovulması müzakirə olunur. 67 yaşlı çalışdırıcını “Betis”in sabiq baş məşqçisi Viktor Sançes del Amonun əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Ranyeri ötən ilin noyabr ayından “Fulhem”ə başçılıq edir. London klubu 26 turdan sonra 17 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.
