Randal Kolo-Muani “Yuventus”un hədəfində
26.01.2026 , 16:45
Hazırda “Tottenhem”də icarədə olan PSJ-nin hücumçusu Randal Kolo-Muani mövsümün ikinci yarısı üçün “Yuventus”a qayıda bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, italiya klubu fransalı forvardı icarəyə götürməkdə maraqlıdır.
Qeyd edək ki, Kolo-Muani 2024/25 mövsümündə də “Yuventus”da icarə əsasında çıxış edib.
Bu mövsüm 27 yaşlı futbolçu 23 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir.