Ramosun karyerasında ilk dəfə
30.12.2018 , 18:00

Başa çatmaqda olan 2018-ci il “Real”ın kapitanı Serxio Ramos üçün bir ilklə yadda qalıb.
İspaniyalı müdafiəçi karyerasında ilk dəfə il ərzində qırmızı vərəqə almayıb. Onun passivində 15 sarı vərəqə var. Ramos bunadək hər ildə ən azı 1 dəfə meydandan qovulub.
Qeyd edək ki, peşəkar karyerasına 2002-ci ildə “Sevilya”da başlayan 32 yaşlı futbolçu 2005-ci ildən “Real”da çıxış edir.
