Madrid “Real”ının futbolçusu Serxio Ramos Türkiyədə baş verən terror hadisəsinə biganə qalmayıb.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu bununla bağlı şəxsi “Tvitter” hesabında yazıb.
Ramos üzüntüsünü: “İstanbuldan gələn xəbərlər məni çox üzdü. Qəlbim, düşüncələrim zərərçəkən ailələr və İstanbul ilə birlikdədir”, – deyə bildirib.
Xatırladaq ki, ötən gecə Türkiyədə terror aktı törədilib. Ölkənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin yaralandığını bildirib. Həlak olanların 27-si polis əməkdaşı, 2-si dinc vətəndaşdır. Hadisə ilə bağlı 10 nəfər saxlanılıb.
