Ramosdan antirekord
27.02.2020 , 21:20

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə məğlub olub – 1:2.
Korner.qaz xəbər verir ki, görüş Madrid təmsilçisinin kapitanı Serxio Ramos üçün antirekordla yadda qalıb.
Müdafiəçi qarşılaşmanın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub.
Bununla da, Ramos, karyerası ərzində 4-cü dəfə Çempionlar Liqasında qırmızı vərəqəylə cəzalanıb.
