Dünya Futbolu

Ramos Yerronun rekordunu təkrarladı

27.08.2018 , 14:39

“Real”ın kapitanı Serxio Ramos İspaniya La Liqasında rekorda şərik olub.

32 yaşlı müdafəçi La Liqanın son turunda “Jirona” ilə oyunda (4:1) rəqib qapısına yol tapmaqla ardıcıl 15 mövsümdə qol vurmağı bacaran müdafiəçi kimi fərqlənib.

Bu rekord daha əvvəl “Real”ın sabiq futbolçusu Fernando Yerroya məxsus idi.

Qeyd edək ki, bu göstəricidə 3-cü yeri də sabiq “Real”lı tutur. İspaniyalı müdafiəçi Manolo Sançis La
Liqada ardıcıl 14 mövsüm qol vurub.

Son yazılar

Yuxarı