Ramos yenə oyundan kənarlaşdırıldı – VİDEO
17.03.2025 , 16:15

Serxio Ramosun formasını geyindiyi Meksikanın “Monterrey” klubu çempionatın 12-ci turunda “Pumas”a 3:1 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, görüş ulduz oyunçu Ramos üçün xoşagəlməz hadisə ilə yadda qalıb.
Belə ki, ispaniyalı futbolçu karyerasında 11-ci dəfə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Buna səbəb 38 yaşlı müdafiəçinin rəqib oyunçuya kobudluq etməsi olub.
