Ramos rəsmən “Sabah”da
24.07.2018 , 13:30

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib.
Paraqvaylı yarımmüdafiəçi Erik Ramosla 1 illik müqavilə bağlanıb.
31 yaşlı futbolçu karyerası ərzində Paraqvayın “12 Oktyabr”, “3 Fevral”, “Rubio”, “General Dias” komandalarının şərəfini qoruyub. O, 2012-2016-cı illər aralığında ölkəmizdə “Neftçi” klubunun uğurları üçün çalışıb.
