Madrid “Real”ının həkimlər korpusu komandaya sevindirici məlumat verib.
Korner.az-ın məlumatına görə, komandanın vitse-kapitanı və aparıcı üzvü Serxio Ramos zədəsini sağaldıb.
Təcrübəli müdafiəçi artıq məşqlərə də başlayıb. Ramos meydana çıxmaq üçün hazırdı. Baş məşqçi Karlo Ançelotti şans verəcəyi təqdirdə onun Çempionlar Liqasının 1/8 finalında “Şalke”yə qarşı cavab matçında oynayacağı gözlənilir.
