Ramos Messini qabaqladı
29.01.2024 , 13:41
“Sevilya”nın futbolçusu Serxio Ramos La Liqada oyun sayına görə “Barselona”nın sabiq hücumçusu Lionel Messini qabaqlayıb.
Korner.az xəbər verir ki, o, buna La Liqanın 22-ci turunda “Osasuna” ilə matçda (1:1) çıxış edərək nail olub.
La Liqada 521-ci matçına çıxan müdafiəçi Messini (520) arxada qoyub.
