Ramos: “Mahir hər kəsin komandada görmək istədiyi oyunçudur”
07.08.2019 , 18:16

“Estremadura” klubunun idman direktoru Daniel Lopes Ramos “Qarabağ”ın hücumçsu Mahir Emrelinin transferliyi ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, 42 yaşlı futbol funksioneri səbirli olmalarını bildirib:
“Mahir Emreli klub rəsmiləri, rəhbərlik və məşqçilər korpusu kimi hər kəsin komandada görmək istədiyi gənc oyunçudur. Ancaq burada həssas məsələ var, o, klubu ilə ÇL-də oynayır. Danışıqlarda əsas iştirakçı olduģumuzu bilirik, bir az səbirli olmalıyıq”.
Futbolçu ilə “Malaqa” və “Almeriya”nın da maraqlandığı iddia edilir.
