Ramos karyerası ilə bağlı qərar verdi
01.04.2024 , 20:33

“Sevilya”nın futbolçusu Serxio Ramos gələcək karyerası ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, 38 yaşlı mövsümün sonunda Əndəlüs təmsilçisini tərk edəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
“Sevilya”nın maliyyə feyr-pley qaydalarına əməl etmək üçün maaş büdcəsini azaldacağı, az məvacibə oynamaq istəməyən Serxionun isə özünə yeni iş yeri axtaracağı diqqətə çatdırılıb.
