Ramos daha 1 il PSJ-də
05.05.2023 , 19:34

Serxio Ramos daha 1 il PSJ-də qalmağa hazırlaşır.
Korner.az xəbər verir ki, tərəflərin danışıqlara başladığı və razılığın əldə olunduğu bildirilir.
6 milyon avro qazanan təcrübəli müdafiəçinin maaşında da artım olunacağı gözlənilir.
37 yaşlı futbolçu bu mövsüm PSJ-də ümumilikdə 40 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
