“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək oyunda iştirak etməyəcək
La Liqanın 12-ci turunda “Atletiko” ilə oyunda burnundan zədələnən müdafiəçi Kiprə yollanacaq heyətdə yer almayıb.
Baş məşqçi Zinəddin Zidan təcrübəli futbolçuya istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, APOEL – “Real” oyunu noyabrın 21-də keçiriləcək.
