Serxio Ramos orta məktəbi bitirdi
“Real Madrid”in müdafiəçisi Serxio Ramos bir neçə ay əvvəl orta məktəb təhsilini başa vurub.
Korner.az-ın məlumatına görə, bununla da, futbolçu 28 yaşında məktəbi bitirib.
Ramos bütün imtahanlarını uğurla verərək məcburi orta təhsilini yekunlaşdırıb.
