Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt”la səfər oyunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, “Bayıl Arena”da qazanılan qələbə mütəxəssis üçün yubiley xarakteri daşıyıb. Belə ki, “Qəbələ” hazırkı baş məşqçisinin rəhbərliyi altında sayca 50-ci qələbəni qazanıb.
2006/07 mövsümündə komandada debüt edən və 2009/10 mövsümünün sonunda postunu tərk edən mütəxəssis yubiley qələbəsini bu il qayıtdıqdan sonra rəsmiləşdirib. Məmmədov “Qəbələ”nin “sükanı arxasında” ümumilikdə 129-cu matçında 50-ci qələbəyə sevinib.
Bu qələbələrin 41-i çempionat, 9-u kubokda qeydə alınıb. Məmmədovlu “Qəbələ” evdə 31, səfərdə 19 dəfə 3 xal qazanıb.
Maraqlıdır ki, 50-ci yubiley qələbəsi baş məşqçinin komandaya dönüşündən sonra çempionatda ümumilikdə 10-cu, səfərdə 5-ci səfər matçında, qayıdışdan sonra Premyer Liqada 5-ci qələbəni qazanmaqla 50-yə çatıb.
2006/07 Azərbaycan kuboku 2 0 0 2 0-3 0
2006/07 Premyer Liqa 16 3 3 10 12-30 12
2007/08 Azərbaycan kuboku 8 3 3 2 10-8 12
2007/08 Premyer Liqa 26 11 3 12 33-36 36
2008/09 Azərbaycan kuboku 6 4 1 1 8-8 13
2008/09 Premyer Liqa 26 9 6 11 28-21 33
2009/10 Azərbaycan kuboku 2 1 0 1 1-2 3
2009/10 Premyer Liqa 32 13 10 9 36-36 49
2012/13 Premyer Liqa 10 5 3 2 12-8 18
2012/13 Azərbaycan kuboku 1 1 0 0 2-0 3
Cəmi Azərbaycan kuboku 19 9 4 6 21-21 31
Cəmi Premyer Liqa 110 41 25 44 121-131 148
Cəmi yekun 129 50 29 50 142-152 179
Evdə 65 31 13 21 75-57 106
Səfərdə 64 19 16 29 67-95 73
Daha bir məqam diqqət çəkir ki, 50-ci qələbəsini “Sumqayıt” üzərində qazanan Məmmədov ilkə də “Gənclik şəhəri” təmsilçisi ilə matçda imza atmışdı. 2006/07 mövsümündə noyabrın 27-də “Gilan” adını daşıyan Qəbələ təmsilçisi Sumqayıtın digər komandası “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub etmişdi. İlk qələbədən 2203 gün sonra isə 50-ci qələbə əldə olundu.
Məmmədovun yetirmələri 50 qələbəni 19 müxtəlif rəqib üzərində qazanıb. Daha çox – 6 zəfər “Turan”la görüşlərə təsadüf edib.
Turan (Tovuz) 6
Standard (Sumqayıt) 5
AZAL (Bakı) 4
Karvan (Yevlax) 4
MOİK (Bakı) 4
Gənclərbirliyi (Sumqayıt) 3
Muğan (Salyan) 3
Neftçi (Bakı) 3
Simurq (Zaqatala) 3
ABN-Bərdə 2
Bakı 2
Bakılı 2
İnter (Bakı) 2
Qarabağ (Ağdam) 2
Kəpəz (Gəncə) 1
Qaradağ Lökbatan 1
Rəvan (Bakı) 1
Sumqayıt Şəhər 1
Xəzər Lənkəran 1
Məmmədovun rəhbərliyi altında qazanılan 50 qələbənin ümumi top fərqi 98:18 olub. Bu 50 qələbə 8 müxtəlif hesabla qeydə alınıb.
1:0 16
2:1 15
2:0 10
3:0 4
3:1 2
6:0 1
4:1 1
4:0 1
Göründüyü kimi 50 qələbədən 7-si böyükhesabla olub. Bunlardan ən böyükhesablı qələbə də Sumqayıt təmsilçisi üzərində qazanılıb. 2007/08 mövsümündə – 2007-ci il noyabrın 11-də “Gənclərbirliyi” ilə səfər matçında 6:0 hesablı qələbə əldə olunub.
